Bakıda yol qəzası nəticəsində 4 nəfər xəsarət lıb

Bakıda yol qəzası nəticəsində 4 nəfər xəsarət lıb
# 29 aprel 2016 03:19 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Binəqədi rayonunda yol qəzası baş verib. Rayonun Ziya Bünyadov prospektində baş verən qəzada 4 nəfər xəsarət alıb. Prospektlə yüksək sürətlə hərəkətdə olan "Renault" markalı avtomobilin sürücüsü prospektdən Əhməd Rəcəbli küçəsinə dönmək istəyən zaman idarəetməni itirib. Nəticədə yol ayırıcındakı bardürları aşıb keçən "Renault" Əhməd Rəcəbli küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb.

Qəza zamanı avtomobillərdə olan 27 yaşlı Əhliman Şükür oğlu Ələsgərov, 16 yaşlı Eltac Elçin oğlu Məmişov, atası 45 yaşlı Elçin Novruz oğlu Məmişov və 27 yaşlı Orxan Hüseynov xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Həkimlər Əhliman Ələsgərov və Eltac Məmişovun xəsarətlərinin daha ağır olduğunu bildiriblər. Hadisə yerində olan yol polis əməkdaşları müayinələr aparıblar.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR