"Bank Standard"ın qorunan əmanətləri üzrə əhaliyə 460 mln. manat kompensasiya veriləcək

"Bank Standard"ın qorunan əmanətləri üzrə əhaliyə 460 mln. manat kompensasiya veriləcək
# 30 sentyabr 2016 17:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Bank Standard" Kommersiya Bankında 260 mindən çox fiziki şəxsin hesabı olub.

"APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, müştərilərin bankda 520 mln. manatlıq əmanəti olub: “Bu əmanətlərin 460 milyon manatı qorunan əmanətlərdir. Qorunan əmanətlər heç bir təhlükə altında deyil", - deyə R. Aslanlı qeyd edib.

Direktorlar Şurasının sədri bildirib ki, bankda yerləşdirilən əmanətlərin böyük hissəsi xarici valyutada olub: "Bu əmanətlərin 38 milyonu manatda, 260 milyonu isə digər xarici valyutalardadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR