DSMF: Ötən ay 19 mindən çox sığortaolunana fərdi şəxsi hesab açılıb

DSMF: Ötən ay 19 mindən çox sığortaolunana fərdi şəxsi hesab açılıb
# 02 mart 2016 07:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2016-cı il mart ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən fevral ayında əlavə olaraq 19 979 sığortaolunana fərdi şəxsi hesab açılıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,96% artıb.

Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 210 647 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,27%-i (1 902 872 nəfər) kişi, 40,73%-i (1 307 775 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,13%-ni (807 004 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 20,99%-ni (673 886 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,31%-ni (652 267 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,13%-ni (678 536 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 12,42%-ni (398 954 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR