Çinin Qırğızıstandakı səfirliyinin ərazisində partlayış törədilib, bir nəfər ölüb, yaralananlar var

Çinin Qırğızıstandakı səfirliyinin ərazisində partlayış törədilib, bir nəfər ölüb, yaralananlar var
# 30 avqust 2016 08:08 (UTC +04:00)

Bakı-APA. Bu gün səhər Çinin Qırğızıstandakı səfirliyinin ərazisində güclü partlayış baş verib.

APA-nın RİA Novosti”agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb.

Hazırda hadisə yerində polis araşdırma aparır.

Şahidlər bomba yüklü avtomobilin səfirliyin qapısına çırpıldığını və partlayış baş verdiyini bildiriblər.

Partlayış səfirin diplomatik missiyanın ərazisində yerləşən iqamətgahı yaxınlığında törədilib.

Qırğızıstan Səhiyyə Nazirliyi parlayış baş verən yerdə bir nəfərin cəsədinin aşkarlandığı barədə məlumat yayıb. Onun bomba yüklü avtomobili idarə edən şəxs olduğu bildirilir.

Səfirliyin iki əməkdaşı partlayış zamanı yaralanıb.

Partlayış nəticəsində yaxınlıqdakı evlərin və mağazaların pəncərə şüşələri sınıb.

Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən hadisənin teror aktı olduğu istisna edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR