Beyləqanda transformator yanıb

Beyləqanda transformator yanıb
# 22 aprel 2016 22:29 (UTC +04:00)

Bakı-APA. Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonu, Birinci Şahsevən kəndində transformatorun sarğıları, kabelləri və daxilindəki yağı yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR