Meksikada güclü yağış 5 nəfərin ölümünə səbəb olub

Meksikada güclü yağış 5 nəfərin ölümünə səbəb olub
# 01 oktyabr 2016 00:04 (UTC +04:00)

Bakı- APA. Meksikada yağan güclü yağış nəticəsində 5 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölüm faktları Duranqo ştatında qeydə alınıb.

Məlumata əsasən, 3 nəfər avtomobildə, daha 2 nəfər müxtəlif tikililərdə olarkən boğulublar. Bəzi yaşayış evlərində suyun hündürlüyünün 1,1 m çatdığı bildirilir. Səkkiz saat ərzində Duranqo ştatına 97 mm yağış düşüb. Bu, illik normanın 20%-ni təşkil edir. Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR