Fələstinli sürücü avtomobillə qəsdən 5 İsrail hərbçisini vurub

Fələstinli sürücü avtomobillə qəsdən 5 İsrail hərbçisini vurub
# 22 oktyabr 2015 01:42 (UTC +04:00)

Bakı-APA. Vifleem şəhərində fələstinli sürücü avtomobillə qəsdən 5 İsrail hərbçisini vuraraq yaralayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail müdafiə ordusunun nümayəndəsi bildirib.

Fələstinlilər Vifleem ətrafında hərbi avtomobili daşqalaq edib. Hərbçilər maşından çıxmaq istədikdə fələstinli qəsdən onlara avtomobillə hücum edib. Cavab atəşi ilə fələstinli sürücü ağır yaralanıb.

Son məlumatlara əsasən, İsrail-Fələstin münaqişəsinin gərginləşməsi 32 fələstinli və 7 İsrail vətəndaşının həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR