Göygöldə 93 yaşlı kişi qətlə yetirilib

Göygöldə 93 yaşlı kişi qətlə yetirilib
# 29 fevral 2016 12:25 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə yaşlı kişi qətlə yetirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Kənd sakini, 1923-cü il təvəllüdlü Kamil Məmmədov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Onun evdə tək yaşadığı bildirilir.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırma aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR