Bakıda saxta 8000 manatı 3500 manata satmaq istəyən şəxslər tutulub

Bakıda saxta 8000 manatı 3500 manata satmaq istəyən şəxslər tutulub
# 13 iyul 2016 14:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili işlər orqanları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında keçirilən xüsusi əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri Allahverdi Ələkbərov və Rafiq Şahverdiyev paytaxtın Nəsimi rayonu ərazisində saxta 8000 manatı 3500 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

Saxlanılan şəxslərin Bakı şəhərində kirayə qaldıqları mənzilə baxış zamanı oradan da əlavə olaraq saxta pul əsginasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Keçirilən xüsusi ekspertiza zamanı müəyyən edilib ki, aşkar edilən saxta manatlar həqiqi əsginaslardan heç də çox fərqlənmir.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR