Qusarda ana və iki yaşlı qızı dəm qazından boğularaq ölüb

Qusarda ana və iki yaşlı qızı dəm qazından boğularaq ölüb
# 26 fevral 2016 11:03 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Qusar rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhərində 27 yaşlı Vəliyeva Sevil Yaşar qızı və onun qızı, 2 yaşlı Aişə Vəliyevanın yaşadıqları evdə meyitləri tapılıb.

İlkin məlumata görə, ana və qızı dəm qazından boğulublar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR