"Ficth" "Azərenerji"nin reytinqini aşağı salıb, proqnoz neqativdir

"Ficth" "Azərenerji"nin reytinqini aşağı salıb, proqnoz neqativdir
# 03 mart 2016 09:01 (UTC +04:00)

Bakı - APA-Economics. "Fitch" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin uzunmüddətli emitentin defolt reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.

"APA-Economics" xəbər verir ki, dövlət şirkətinin qısamüddətli emitentin defolt reytinqi "B"-dən "F3"-ə enib.

Reytinqlər üzrə proqnoz neqativdir.

"Şirkətin reytinqləri ölkə reytinqi ilə eyni səviyyədədir. Bu isə "Azərenerji" ilə dövlət arasında güclü hüquqi, strateji və əməliyyat əlaqələrinin mövcudluğundan xəbər verir. Yaxın gələcəkdə "Azərenerji" ilə hökumət arasında əlaqələrin dəyişəcəyi proqnozlaşdırılmır. Şirkətə 2016-2018-ci illərdə veriləcək dövlət zəmanətli kreditlərin səviyyəsi dəyişməyəcək", - deyə agentliyin açıqlamasında bildirilir.

Agentliyin analitikləri hesab edir ki, "Azərenerji" 2016-2019-cu illərdə 3,7 mlrd. manat cəlb edəcək və bu vəsait investisiya qoyuluşlarına yönələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR