Kremlin sözçüsü rusiyalı jurnalistlərin Azərbaycandan çıxarılmasına münasibət bildirib

Kremlin sözçüsü rusiyalı jurnalistlərin Azərbaycandan çıxarılmasına münasibət bildirib
# 05 aprel 2016 13:02 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "LifeNews" telekanalının çəkiliş qrupunun Azərbaycandan deportasiya olunmasına münasibət bildirib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, mətbuat katibi məsələnin detallarının ona məlum olmadığını söyləyib.

O qeyd edib ki, redaksiya siyasəti hakimiyyət tərəfindən hansısa hərəkət üçün səbəb ola bilməz və olmamalıdır: "Lakin jurnalistlərin qanunvericilik normalarına riayət etmələri vacibdir".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR