Bakıda 76 yaşlı kişi bağ evində öldürülüb

Bakıda 76 yaşlı kişi bağ evində öldürülüb
# 15 fevral 2016 08:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında qətl törədilib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Həmid Məmmədrəsuloğlunun üzərində xəsarətləri olan meyiti ona məxsus bağ evində aşkarlanıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istinqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla bağlı Sabunçu rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR