Dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatları üçün elan olunan müsabiqə başa çatıb

Dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatları üçün elan olunan müsabiqə başa çatıb
# 13 oktyabr 2015 13:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 28 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 264 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması başa çatıb. Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqə üzrə 3188 namizəd qeydiyyatdan keçib.

Ən çox namizədin qeydə alındığı dövlət orqanları Əmlak Məsələləri Dövlət Komitəsi (1569 nəfər) və Təhsil Nazirliyi (880 nəfər) olub.

Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Təhsil Nazirliyi üzrə (6 vakant yerə orta hesabla 146 nəfər) qeydə alınıb.

Test imtahanlarının keçirilmə tarixi və yeri komissiyanın rəsmi internet saytında “Test imtahanlarının qrafiki” bölməsində (www.csc.gov.az) yerləşdiriləcək.

Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər.

Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR