Bakıda NATO ekspert qrupunun iştirakı ilə işçi görüşü başlayıb

Bakıda NATO ekspert qrupunun iştirakı ilə işçi görüşü başlayıb
# 10 mart 2016 07:35 (UTC +04:00)

Bakı-APA. Azərbaycanla NATO arasında birgə fəaliyyət planına uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-nun ekspert qrupunun iştirakı ilə işçi görüşü başlayıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, iki gün davam edəcək tədbirdə Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində 2016-cı il üçün planlaşdırılmış fəaliyyətlər müzakirə olunacaq, müdafiə və təhlükəsizlik sahəsini əhatə edən bir sıra mövzular üzrə mühazirələr oxunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR