“Muğanbank” 2015-cü ilin II rübünün maliyyə göstəricilərini açıqlayıb

“Muğanbank” 2015-cü ilin II rübünün maliyyə göstəricilərini açıqlayıb
# 31 iyul 2015 13:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci il iyulun 1-nə “Muğanbank” ASC aktivlərinin həcmi 438,218 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,03 % çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,51% artaraq 331,468 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 173,923 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 97,44% çoxdur.

Bankın depozit portfeli hesabat dövrü ərzində 20,54% artaraq 175,930 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 157,785 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 42,11% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi iyulun 1-nə 39,900 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 4,33% çoxdur və kreditlərin 99,5%-i və ya 39,702mln. manatı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bir il ərzində bankın məcmu kapitalı 2,54% azalaraq 52,429 mln. manat olub, nizamnamə kapitalı isə dəyişməyərək 45,306 mln. təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 15,21% artaraq 30,129 mln. manat, xərcləri isə 41,95% artaraq 32,102 mln. manata çatıb.

Bank II rübü 1 mln. 973 min manat zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 44 filialı, 57 bankomatı, 659 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR