FHN-nin Muğan Regional Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

FHN-nin Muğan Regional Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
# 12 iyun 2015 08:04 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzində 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə FHN-in Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Axundov Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

Sonra çıxış edən natiqlər ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı prezident İlham Əliyevin ölkəmizin inkişafı, beynəlxalq nüfuzunun artması və xalqın rifahının yaxşılaşdırılması istiqamətində yorulmaz fəaliyyətindən danışıblar.

Daha sonra Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR