Almaniyada qaçqınlar düşərgəsində kütləvi dava olub

Almaniyada qaçqınlar düşərgəsində kütləvi dava olub
# 01 avqust 2015 23:26 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Drezden şəhərində yerləşən qaçqınlar düşərgəsində suriyalı və əfqanlar arasında kütləvi dava olub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qarşıdurmada hər iki tərəfdən 100-dək qaçqın iştirak edib, 8 əcnəbi müxtəlif xəsarətlər alıb.

Davada həm kişilər, həm də qadınlar iştirak edib. Qarşıdurmanın səbəbi açıqlanmır.

Qeyd olunan qaçqınlar düşərgəsində bir həftə əvvəl də insident baş verib. Belə ki, düşərgənin qarşısında keçirilən miqranlara dəstək aksiyasının iştirakçıları və neonasistlər arasında toqquşma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR