Ermənistan prezidenti etirazçıları problemləri birgə həll etməyə çağırıb

Ermənistan prezidenti etirazçıları problemləri birgə həll etməyə çağırıb
# 28 iyun 2015 01:33 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidenti Serj Sarkisyan İrəvanın mərkəzində aksiya keçirən etirazçılara müraciət edərək elektrik enerjisi sahəsindəki problemləri birgə həll etməyə çağırıb. Bu barədə APA “Novosti-Armeniya” agentliyinə istinadən xəbər verir.

“Mən etiraz edən gənclərə müraciət edirəm: mənim əzizlərim, üzərinizə yeni məsuliyyət götürərək cəmiyyətdə gərginliyin azalmasına yönələcək addımların atılması istiqamətində real prosesin iştirakçısı olmaqdan çəkinməyin”, deyə o bildirib.

Sarkisyan etirazçılardan paytaxtın mərkəzini iflic etməməyi xahiş edərək, problemi sakit üsullarla həll etməyə çağırıb. O elektrik enerjisinin bahalaşması məsələsində “bizimkilər” və “sizinkilər” bölgüsünün olmadığını bildirərək, tərəfləri ayıraraq fərqləndirmək cəhdlərinin absurd və təhlükəli olduğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl İrəvanda etiraz aksiyasının təşkilatçıları mitinqin davam etdiriləcəyini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR