Əli Abbasov: “Rabitə və yüksək Texnologiyalar Nazirliyi I Avropa Oyunlarına hazırlıq işlərini başa çatdırıb”

Əli Abbasov: “Rabitə və yüksək Texnologiyalar Nazirliyi I Avropa Oyunlarına hazırlıq işlərini başa çatdırıb”
# 14 may 2015 11:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi I Avropa Oyunlarına hazırlıq işlərini tam başa çatdırıb.

APA-Economics” xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

“I Avropa Oyunları üçün telekommunikasiya, rabitə, internet, radiotexniki mühafizə, həmçinin yayımının təşkili, o cümlədən də kosmik vasitələrdən istifadə olunan yayımın təşkili üzrə bütün işlər tamamilə başa çatıb. Hal-hazırda son sınaq işləri aparılır”, - deyə nazir qeyd edib.

Ə. Abbasov deyib ki, I Avropa Oyunları keçirilən bütün yerlərdə internet yüksək səviyyədə təmin olunacaq. Bununla yanaşı, rabitə, o cümlədən mobil rabitənin yüksək səviyyədə təşkil olunması üçün zəruri işlər görülüb.

“Bizi narahat edən məsələlərdən biri beynəlxalq rabitə sistemi idi ki, artıq bir neçə gün əvvəl görülən tədbirlər öz töhfəsini verməyə başladı. Bu sahədə də heç bir problemimiz olmayacaq. Ən vacib məsələ, yarışlar keçirilən yerin radiotexniki mühafizə olunmasıdır. Çünki bu gün bütün yarışlarda istifadə olunan avadanlıqların hamısı radiotexniki vasitələrdir. Onlarında radiotexniki mühafizəsi üçün bütün, həm mobil, həm də stasionar sistemdə qurulub”, - deyə Ə. Abbasov bildirib.

Nazir əlavə edib ki, bu il “Azərspace 1” oyunları dünyaya yayan 4 süni peykdən biri kimi istifadə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR