Samuxda avtomobil yanıb, sürücü yanıq xəsarətləri alıb

Samuxda avtomobil yanıb, sürücü yanıq xəsarətləri alıb
# 22 iyun 2015 14:43 (UTC +04:00)

Samux. Azər Məmmədli - APA. Samuxda hərəkətdə olan avtomobildə yanğın baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Samux rayon sakini, 1976-cı il təvəllüdlü Samir Əsədov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən avtomobilin salonu yanmağa başlayıb.

Dərhal hadisə yerinə Samux rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri gəlib. Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı sürücü yuxarı ətrafın və sifətin termiki yanığı xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR