Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 31 Avqust - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 31 Avqust - <span style="color: red;">VİDEO
# 31 avqust 2015 17:09 (UTC +04:00)

ABŞ-ın dövlət səhmlərinin 70 faizi Çinin əlində cəmləşib. Devalvasiyadan sonra Pekinin bu səhmlərin bir hissəsini satışa çıxarması Vaşinqtona qeyri-rəsmi müharibə elan etmək deməkdir. Çin bu addımı atana kimi hər kəs devalvasiyanın iqtisadi səbəbləri üzərində dayanırdı, lakin son proseslər göstərdi ki, Pekinin əsas hədəfi ABŞ-dır. Devalvasiya dünyanın bütün fond birjalarını silkələdi, bu silkələnmə Çinin dünya iqtisadiyyatı üzərində nə qədər böyük təsirə sahib olduğunu göstərdi. OPEK rəsmilərinin neftin qiymətləri ilə proqnozlarını xatırlamaq kifayətdir, kartel üzvləri hesab edir ki, neftin bahalaşması Çin iqtisadiyyatında gedəcək proseslərdən asılı olacaq. Bu isə neftin qiymətlərini tənzimləmək funksiyasının ABŞ və OPEK-lə bərabər həm də Çinin əlinə keçməsi deməkdir. Elə isə ABŞ-ın ən müxtəlif bəhanələrlə Çinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşmasını təbii saymaq lazımdır. Çünki sanksiyalar Vaşinqtonun hər zaman verdiyi özünəməxsus müdafiə reaksiyasından başqa bir şey deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR