FİFA oyundankənar vəziyyətlərlə bağlı qaydalara dəyişiklik edib

FİFA oyundankənar vəziyyətlərlə bağlı qaydalara dəyişiklik edib
# 05 avqust 2015 18:26 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu dəyişiklik 2 ildi mövcud olan “passiv ofsayd”la bağlı yenilikdi.

Belə ki, FİFA “passiv ofsayd” anlayışının yeni aydınlatmasını hazırlayaraq, milli assosiasiyalara göndərib. Buna əsasən, qol epizodu zamanı oyundankənar vəziyyətdə olan, lakin topa toxunmayan oyunçu ofsaytdan qaçmağa çalışsa belə hakim bayrağını qaldıracaq: “Futbolçu rəqibinin topla oynamasına təsir edə biləcək nöqtədədisə, bu, ofsayt kimi dəyərləndirilir”.

Bu isə o deməkdi ki, komanda yoldaşı qapıya zərbə endirən zaman ofsaydda olan oyunçu heç bir həmlə etməsə və top onun yanından keçıb qol olsa, hesaba alınmayacaq.

Qeyd edək ki, passiv ofsaydın əvvəlki aydınlatmasında futbolçu topa toxunmasa və ona doğru hərəkət etmədikdə oyundankənar vəziyyət sayılmırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR