İqtisadiyyat və sənaye naziri Şəkidə vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat və sənaye naziri Şəkidə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 05 iyun 2015 11:58 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Şəkidə vətəndaşları qəbul edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki Olimpiya İdman Kompleksində baş tutan qəbulda Şəki, Qax, Oğuz və digər rayonlardan olan 50-yə yaxın vətəndaşın müraciətə baxılıb. Qəbula gələnlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, istehlakçıların hüquqlarının müdafiəsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, nazirliyin səlahiyyətlərinə aid məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapıb, digər müraciətlərin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün Nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcək.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, turizm, şirniyyat istehsalı, iri heyvandarlıq kompleksinin fəaliyyətinin genişləndirilməsi, quşçuluq (damazlıq), üzümçülük, çayçılıq, meyvəçilik və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR