Elektron Təhlükəsizlik Mərkəzi kompüter istifadəçilərinə müraciət edib

Elektron Təhlükəsizlik Mərkəzi kompüter istifadəçilərinə müraciət edib
# 09 iyun 2015 08:51 (UTC +04:00)

Bakı - APA-Economics. Son zamanlarda aşkar olunan təhlükələrdən biri şəkillər vasitəsilə kompüterlərin virusa yoluxdurulmasıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzindən (ETM) “APA-Economics”ə verilən məlumata görə, internet istifadəçilərinə göndərilən normal görünüşlü şəkillərin arxa fonunda yerləşən ziyanverici proqramlar istifadəçilərin xəbəri olmadan kompüterlərini asanlıqla sıradan çıxara bilər.

“Stegosploit adlandırılan bu vasitə ilə bədniyyətlilər zərərli kodu şəklin pikselində gizlətməyə nail olurlar. Bu yolla ziyanverici proqramı gizlətməyə müvəffəq olan şəxs həmin şəkli qarşı tərəfə göndərir və istifadəçi şəkli açdığı andan etibarən kompüteri ziyanverici proqrama yoluxmuş olur”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, bədniyyətli üçün ziyanverici proqramı şəklin pikselində gizlətmək, onu e-poçt əlavələrində, pdf və ya başqa formatda saxlamaqdan daha əlverişlidir.

Kompüterinizin bu cür virusa yoluxmaması üçün ETM sizə naməlum e-poçt ünvanından və ya sosial şəbəkələrdə paylaşılan və ya sizə göndərilən hər şəkil formatında olan faylları açmamağınızı eləcə də, kompüterinizə yükləməməyi tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR