“Rabitəbank” I rübdə aktivlərini 20% artırıb

“Rabitəbank” I rübdə aktivlərini 20% artırıb
# 22 may 2015 10:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci il aprelin 1-nə “Rabitəbank” ASC-nin aktivlərinin həcmi 322,325 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,32% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu ilin I rübündə bankın kredit portfeli 231,644 mln. manat olub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 26,44% artım deməkdir.

Hesabat dövründə bankda istehlak kreditlərinin məbləği 5,72% azalaraq 84,447 mln. manat olub. Kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 54,69% artaraq 11,114 mln. manat təşkil edib ki, bu da mövcud kredit portfelinin 4,8%-ni təşkil edir.

Bu ilin 3 ayında bankın ipoteka kreditlərinin həcmi 20,558 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 6,13% azdır və kreditlərin 304,63 min (1,48%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Hesabat dövründə bankın depozit portfeli 13,84% artaraq 212,945 mln. manata çatıb. Əhalinin əmanətləri isə 31,71% artaraq 163,272 mln. manata çatıb.

Bank məcmu kapitalını hesabat dövründə 16,15% artıraraq 59 mln. 573 min manata çatdırıb.

Bankın nizamnamə kapitalı isə 6,59% artaraq 48 mln. 500 min manat təşkil edib.

Bu ilin yanvar-mart aylarında bankın gəlirləri 29,25% azalaraq 14,542 mln. manat, xərcləri isə 30,2% azalaraq 13,544 mln. manat təşkil edib.

Bu ilin üç ayında “Rabitəbank”ın bankın əldə etdiyi mənfəət 998 min manat olub.

Bankın hal-hazırda ölkə üzrə 24 filialı, 48 bankomatı, 431 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR