Tahir Rzayev: “İmkanlı adamlar Filippindən, İngiltərədən Azərbaycana dayələr gətirirlər”

Tahir Rzayev: “İmkanlı adamlar Filippindən, İngiltərədən Azərbaycana dayələr gətirirlər”
# 29 may 2015 11:32 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğlu - APA. “Bəzi imkanlı adamlar Filippindən, İngiltərədən və digər ölkələrdən dayələr gətirirlər. Hətta bəzi ailələrdə Azərbaycan dilində danışmaq da qadağan olunub”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə millət vəkili Tahir Rzayev söyləyib.

Millət vəkili deyib ki, həmin dayələr burada öz mədəniyyətlərini və dillərini təbliğ edirlər: “Hətta xaricdən gətirilən dayələr uşaqlara Azərbaycan dilində danışmağa qadağa qoyurlar. Bütün bunlar milli-mədəni dəyərlərimizə ziddir, təhlükəli tendensiyadır. Bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Qanunvericilikdə də bu kimi halların qarşısının alınması nəzərdə tutulmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR