Səfir: "Avropa İttifaqının 6 ölkə ilə əlaqələri daha da möhkəmləndirməsi baxımından “Şərq tərəfdaşlığı” sammiti yaxşı imkandır

Səfir: "Avropa İttifaqının 6 ölkə ilə əlaqələri daha da möhkəmləndirməsi baxımından “Şərq tərəfdaşlığı” sammiti yaxşı imkandır
# 11 may 2015 08:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti Avropa İttifaqının 6 ölkə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə əlaqələri daha da möhkəmləndirməyə hazır olması və bu əlaqələri gələcəkdə dərinləşdirmək üçün qaydaların müəyyən edilməsi üçün yaxşı imkandır”.

APA-nın məlumatına görə, bunu Latviyanın “Şərq Tərəfdaşlığı” üzrə səfiri Yuris Poikans “Visegrad Insight” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Avropa İttifaqı üçün qonşuları ilə əlaqələr çox vacibdir: “Çünki coğrafi, mədəni və tarixi cəhətdən bu ölkələr eyni ərazidə yaşayıb. Əgər sən sülh və stabillik istəyirsənsə, bunu qonşuların üçün də istəməlisən. Biz Vilnüs sammitindən sonra böyük uğur əldə etmişik. Bizim Dərin və Hərtərəfli Azad Tİcarət Zonası ilə 3 iddialı siyasi assosiativ sazişimiz var, biz Azərbaycan, Ermənistan və Belarusdan imtina etmirik, onların iştirak səviyyəsindən asılı olaraq xüsusi əlaqələr qurmağın yollarını axtaracağıq".

Diplomat hesab edir ki, Ermənistan və Belarus Avropa İqtisadi İttifaqının bir hissəsi olmaq istəyirsə, buna hörmətlə yanaşılmalıdır: "Ancaq eyni zamanda biz Ukrayna, Moldova və Gürcüstanın daha fərqli xarici siyasət qurmaq seçimlərinə də hörmət etməliyik. Hazırda Azərbaycan, Ermənistan, Belarus və Ukrayna Moldova və Gürcüstandan fərqli iştirak nəzərdə tutur. Riqa sammiti bu fərqlilikləri tanıyacaq. Bizim yerlərdə institutlarımız fəaliyyət göstərir, hərtərəfli yaxşı münasibətlərimiz mövcuddur. Ancaq eyni zamanda biz bu ölkələri eyni səbətə qoymamalıyıq. Biz hər bi ölkə ilə fərdi əlaqələri inkişaf etdirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR