Lənkəranda ana doğuşdan bir həftə sonra dünyasını dəyişib

Lənkəranda ana doğuşdan bir həftə sonra dünyasını dəyişib
# 05 may 2015 15:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunda ana ölümü faktı baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, Lənkəran rayonunun Şıxakəran kənd sakini, 1978-ci il təvəllüdlü Səfərova Arifə Mədaxil qızı aprelin 26-da Mərkəzi Rayon Xəstəxanasının (MRX) Doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.

Evə buraxılan qadın mayın 3-də evdə dünyasını dəyişib.

Dünyasını dəyişən qadının atası, Lənkəran rayonunun Mamusta kənd sakini Mədaxil Qasımov APA-ya bildirib ki, qızı 3 gün xəstəxanada qalandan sonra evə buraxılıb: “Xəstəxanadan çıxanda bizə gətirdik. Üç gündən sonra ürəyinin sıxıldığını dedi. Həkim çağırdıq. Həkim tibbi yardım göstərəndən sonra vəziyyəti yaxşılaşdı. Səhəri gün isə ayağında qızartı yarandı. Yenidən həkimə müraciət etdik. Bu dəfə həkim trombdan şübhələndiyini bildirdi. Elə həmin gün də qəflətən evdə dünyasını dəyişdi”.

Ata onu da bildirib ki, qızının hər hansı problemi, şikayəti olmayıb.

Bu, Arifə Səfərovanın ikinci hamiləliyi olub, onun 10 yaşında qızı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR