İqtisadiyyat üzrə Nobel Mükafatının sahibi bəlli olub

İqtisadiyyat üzrə Nobel Mükafatının sahibi bəlli olub
# 13 oktyabr 2014 13:57 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İqtisadiyyat üzrə Nobel Mükafatına Tuluza Universitetinin İqtisadiyyat fakultəsinin müəllimi Cen Tirole layiq görülüb.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, C.Tirole “Sənayenin böyük firmalarla birgə idarə olunması” sahəsində apardığı araşdırmalara görə bu mükafatı alıb.

Beləliklə də müxtəlif sahələrdə (tibb, fizika, kimya, ədəbiyyat və Nobel Sülh Mükafatı) Nobel Mükafatlarının bütün qalibləri elan olunub.

Qeyd edək ki, mükafatların təqdimat mərasimi dekabrın 10-da - Alfred Nobelin anım günündə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR