Keçəçioğlu Məhəmmədin 150 illiyi qeyd olunub

Keçəçioğlu Məhəmmədin 150 illiyi qeyd olunub
# 04 oktyabr 2014 08:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun) anadan olmasının 150 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, yubiley tədbirində xanəndənin səs yazısı və fotoşəkillərindən ibarət slayd nümayiş olunub.

Mərasimdə Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev bildirib ki, Keçəçioğlu Məhəmməd Qafqazda böyük şöhrət, muğam sənəti tarixində əbədiyaşarlıq qazanıb: “Zəif texnika ilə olsa da, xanəndənin studiyada yazılmış səs yazıları bu günədək gəlib çıxıb”.

Xalq artisti Ramiz Quliyev və digər çıxışçılar Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynayan Keçəçioğlu Məhəmmədin musiqi sahəsindəki fəaliyyətindən, xanəndənin Şərq konsertlərində çıxışlarından, eyni zamanda onunla bağlı deyilmiş xatirələrdən söhbət açıblar.

Gecədə Aytən Məhərrəmova, Səbuhi İbayev, Səbinə Ərəbli, Qoçaq Əsgərov və digər ifaçılar müxtəlif muğamlar səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR