Əfqanıstanda silahlılar 12 istehkamçını güllələyib

Əfqanıstanda silahlılar 12 istehkamçını güllələyib
# 13 dekabr 2014 19:44 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın Hilmənd əyalətində silahlılar 12 istehkamçını qətlə yetirib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hərbçilərin əks-hücumu nəticəsində 4 silahlı öldürülüb, üç nəfər saxlanılıb.

Məlumata görə, hücum “Taliban” hərəkatı tərəfindən törədilib.

Qeyd edək ki, son sutka ərzində “Taliban” silahlıları Əfqanıstanda hərbçilərlə dolu avtobusu partladıb, nəticədə 6 nəfər ölüb. Bundan başqa silahlılar NATO-nun iki hərbçisini və Əfqanıstan Ali Məhkəməsinin katibliyinin rəhbərini qətlə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR