Nigeriyada üzərində “şəhid kəməri” olan 13 yaşlı qız saxlanılıb

Nigeriyada üzərində “şəhid kəməri” olan 13 yaşlı qız saxlanılıb
# 12 dekabr 2014 02:40 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, qız bir neçə saat öncə iki partlayışın törədildiyi Kano şəhəri yaxınlığında xəstəxanada saxlanılıb. Məlumata görə, qızın üzərində “şəhid kəməri” aşkarlanıb.

Qeyd edək ki, son zamanlar Nigeriyanın şimalında törədilən güclü partlayışlar məhz kamikadze qızlar tərəfindən həyata keçirilib. Bu terror aktları “Boko Haram” qruplaşması ilə əlaqələndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR