Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 10% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 10% artıb
# 15 dekabr 2014 09:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 378 mln. 723,31 min manat təşkil edib.

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 339 mln. 807,54 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 972 mln. 530,80 min manat, aksizlər üzrə 51 mln. 251,44 min manat, yol vergisi üzrə isə 15 mln. 133,53 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR