FHN-in İdman-sağlamlıq klubu nazirliyin qurumları arasında çoxnövçülük üzrə çempionat keçirib

FHN-in İdman-sağlamlıq klubu nazirliyin qurumları arasında çoxnövçülük üzrə çempionat keçirib
# 17 oktyabr 2014 15:43 (UTC +04:00)

Bakı-APA. Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarışda nazirliyin 19 qurumunun 80-ə yaxın əməkdaşı iştirak edib. İki gün davam edən çempionatda idmançılar 100 və 1000 metr məsafələrə qaçış, uzununa tullanma, yadro itələmə, hündürlüyə tullanma çoxnövçülüyündə qüvvələrini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən şəxsi birincilikdə ilk iki yerin sahibi Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) Asəf İbrahimov və Vüqar Mirzəyev olub, 3-cü yeri isə Xüsusi Riskli Xilasetmə Xidmətindən (XRXX) Pərviz Babayev tutub.

Komanda hesabında 1-ci yerə DYMX, 2-ci yerə XRXX, 3-cü yerə isə FHN Akademiyası layiq görülüb. Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Tofiq Əliyev olub.

Çempionatın bağlanış mərasimində çıxış edən FHN İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev qalibləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Sonda qaliblərə mükafatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR