Roma papası Atatürkün məzarını ziyarət edib

Roma papası Atatürkün məzarını ziyarət edib
# 28 noyabr 2014 13:08 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Roma papasının Türkiyəyə səfəri başlayıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, papa Fransiski “Esenboğa” hava limanında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb.

Səfər çərçivəsində Vatikan rəhbəri Mustafa Kamal Atatürkün dəfn olunduğu “Anıtkabir”i ziyarət edib.

Səfər öncəsi təyyarədə jurnalistlərlə açıqlama verən Roma papası Türkiyənin əhəmiyyətli ölkə olduğu bildirib: “Türkiyə sərhədlərində xeyli sayda qaçqına qucaq açan ölkədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR