“Unibank” 0% komissiyalı biznes kreditlər təklif edir

 “Unibank” 0% komissiyalı biznes kreditlər təklif edir
# 31 oktyabr 2014 16:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Unibank” kənd təsərrüfatı işçilərinin peşə bayramları günü münasibəti ilə xüsusi kampaniya keçirir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, noyabrın 1-dən 8-dək bank filiallarına müraciət edən kənd təsərrüfatı sahəsində biznesi olan vətəndaşlar üçün mikrokreditlər komissiyasız olacaq.

Bankdan bildirilib ki, kənd təsərrüfatı sahəsində bizneslərini daha da böyütmək istəyən şəxslər bu sərfəli kampaniyadan faydalana bilərlər. İstehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında istənilən fəaliyyət növü üzrə olan biznesini genişləndirmək istəyən hər bir sahibkar “Unibank”dan maksimum 30.000 manatadək krediti 2 aydan 3 ilədək müddətə götürə bilər. “Əgər hansısa sahibkarın ölkəmizin istənilən bölgəsində biznesi varsa, heç bir tərəddüd etmədən evinə, iş yerinə ən yaxın “Unibank” filialına yaxınlaşaraq, biznes krediti üçün müraciət edə bilər. Dəyərləndirmə aparıldıqdan sonra həmin iş adamına sərfəli şərtlərlə kredit ayrılacaq”,-deyə bankdan bildirilib.

“Unibank” paytaxt və bölgələrdə 38 filialı ilə həftənin 6 günü sizin xidmətinizdədir. Filiallar səhər saat 09.00-dan 17.00-dək nahar fasiləsiz işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR