Bağdadda güclü partlayış baş verib, 15 nəfər ölüb - YENİLƏNİB

Bağdadda güclü partlayış baş verib, 15 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 27 oktyabr 2014 19:25 (UTC +04:00)

APA-nın Reuters agentlyinə istinadən verdiyi xəbərə görə, İraq paytaxtında insanların sıx yaşadığı məhəllədə minalanmış avtomobilin partladılması nəticəsində 15 nəfər ölüb.

BMT-nin məlumatına əsasən, sentyabr ayında Bağdadda 352 nəfər terror aktlarının qurbanı olub, minə yaxını xəsarət alıb.

***

21:28

Bakı-APA. Bağdadın mərkəzində güclü partlayış olub.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ölən və yaralananların sayı barədə hələlik məlumat yoxdur

Bundan əvvəl Bağdaddakı restoranlardan birində partlayış nəticəsində 21 nəfər , məsciddə törədilən terror aktı nəticəsində isə azı 11 nəfər ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR