ABŞ Ukrayna ordusuna maliyyə yardımı etmək niyyətindədir

ABŞ Ukrayna ordusuna maliyyə yardımı etmək niyyətindədir
# 02 avqust 2014 10:04 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva-APA. ABŞ Ukraynaya maliyyə yardımı etmək niyyətindədir.


APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Pentaqon sözçüsü Con Kirbi deyib ki, yardım Ukrayna təhlükəsizlik qüvvələrinin təlimləri üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, Vaşinqton separatçılara qarşı aparılan hərbi əməliyyatlara dəstək məqsədi ilə Ukrayna hökumətinə 19 milyon dollar yardım etmək fikrindədir.

“Biz Ukrayna hökumətinin hərbi yardım barədə xahişini araşdırmaqda davam edirik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR