Cəbhə xəttində bir neçə istiqamətdə şiddətli atışma davam edir, azı 3 əsgər yaralanıb - YENİLƏNİB - VİDEO

Cəbhə xəttində bir neçə istiqamətdə şiddətli atışma davam edir, azı 3 əsgər yaralanıb  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 02 avqust 2014 01:17 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, cəbhənin bu istiqamətində də yaralıların olduğu bildirilir. Qeyd edək ki, düşmən Azərbaycan ordusunun şiddətli cavab atəşindən təşvişə düşərək, təmas xəttinə nəzarət etmək məqsədilə cəbhə boyu tez-tez işıqlandırıcı vasitələrdən (fişənglərdən) istifadə edir.

****03.37

Ağdam. Teymur Zahidoğlu-APA. Bu dəqiqələrdə cəbhə xəttində bir neçə istiqamətdə şiddətli atışma davam edir.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, düşmən Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, həmçinin Ağdam rayonunun Ergi düzü adlanan ərazisi boyu - işğal altında olan Yusifcanlı, Mərzili və Novruzlu kəndləri istiqamətində yerləşən mövqelərindən iriçaplı silahlardan istifadə edərək Azərbaycan ordusunun mövqelərini şiddətli atəşə tutub. Məlumata görə, düşmənin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycanın 3 əsgəri yaralanıb. Yaralılar hərbi hospitala yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR