Merkel: “Ukrayna böhranı ilə bağlı Putinlə danışıqları davam etdirmək lazımdır”

Merkel: “Ukrayna böhranı ilə bağlı Putinlə danışıqları davam etdirmək lazımdır”
# 13 avqust 2014 09:27 (UTC +04:00)

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel “Sächsische Zeitung” qəzetinə müsahibəsində deyib.

“Mən çalışıram ki, sanksiyalara baxmayaraq, Rusiya ilə danışıqlar qırılmasın”, – deyə Merkel qeyd edib.

Kansler əlavə edib ki, rəsmi Berlinin Ukrayna böhranındakı mövqeyi məlumdur, Ukraynanın öz müqəddəratını azad və demokratik şəkildə müəyyən etməsini dəstəkləyir: “Amma bunu Rusiya da qəbul etməlidir. Danışıqlar yolu ilə razılığa gəlmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR