Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmən vəzifəsinin icrasına başlayıb - FOTOSESSİYA - YENİLƏNİB - VİDEO

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmən vəzifəsinin icrasına başlayıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 28 avqust 2014 13:53 (UTC +04:00)

APA-nın xəbərinə görə, andiçmə mərasimi Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.

Andiçmə mərasimində Türkiyə parlamentində təmsil olunan müxalifət partiyalarından CHP təmsil olunmasa da, MHP və BDP-dən olan deputatlar liderləri Dövlət Baxçalı və Səlahəddin Dəmirtaşla birlikdə salonda olublar.

Alqışlarla salona daxil olan R.T.Ərdoğan prezident kimi and içib. Daha sonra Türkiyənin İstiqlal Marşı səslənib. Ərdoğan TBMM binasından Mustafa Kamal Atatürkün məzarını ziyarət etməyə yollanıb.

Qeyd edək ki, andiçmə mərasimində bir çox ölkələrin dövlət və hökumət rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri də iştirak edib. Azərbaycanı mərasimdə baş nazir Artur Rasizadənin başçılıq etdiyi heyət təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR