Komitə: “Mister Tum”-un keçirdiyi stimullaşdırıcı lotereya qeyri-qanunidir

Komitə: “Mister Tum”-un keçirdiyi stimullaşdırıcı lotereya qeyri-qanunidir
# 09 sentyabr 2014 08:02 (UTC +04:00)

Bakı – APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Miste Tum” MMC-nin qeyr-qanuni stimullaşdırıcı lotereya keçirdiyini aşkar edib.

Komitənin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, keçirilən nəzarət tədbirləri nəticəsində “Mister Tum” MMC-nin stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması müəyyən olunub.

QKDK “Mister Tum” MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR