Elşad Abdullayevdən pul tələb edən qardaşı oğlunun apellyasiya şikayəti təmin edilməyib

Elşad Abdullayevdən pul tələb edən qardaşı oğlunun apellyasiya şikayəti təmin edilməyib
# 09 oktyabr 2014 11:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevə hədə-qorxu gəlməkdə təqsirləndirilən qardaşı oğlu Abdullayev Mübariz Əslan oğlunun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.


Qeyd edək ki, M.Abdullayev əmisi Elşad Abdullayevdən külli miqdarda pul tələb etməkdə təqsirləndirilib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etmə) maddəsi ilə ittiham olunub.

M.Abdullayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin hökmdən narazı qalan M.Abdullayev apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR