Bakıda 2 nəfəri gün vurub

Bakıda 2 nəfəri gün vurub
# 20 avqust 2014 09:24 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ötən gün ölkə ərazisində müşahidə olunan yüksək temperatur nəticəsində Bakıda 2 nəfəri gün vurub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, müraciət edən hər 2 nəfər xəstəxanaya yerləşdirilib.

O.Şahmalıyev qeyd edib ki, suda boğulma ilə bağlı müraciət edən olmayıb. Həşərat sancma ilə isə 2 nəfər stansiyaya müraciət edib. Onlardan 1 nəfəri xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR