Sabah Bakıdada hava yağmursuz keçəcək

Sabah Bakıdada hava yağmursuz keçəcək
# 07 dekabr 2014 13:14 (UTC +04:00)

Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutlacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir.

Cənub rayonlarında isə dağlıq ərazilərdə sulu qar, qar yağacağı praqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR