Özbəkistanın Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılacaq

Özbəkistanın Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılacaq
# 05 dekabr 2014 11:32 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycanda yaşayan Özbəkistan vətəndaşları Özbəkistanın Oliy Maclisinə keçiriləcək seçkilərdə iştirak edə biləcəklər.

Özbəkistanın ölkəmizdəki səfirliyindən APA-ya verilən məlumata görə, bu məqsədlə səfirlikdə seçki məntəqəsi yaradılacaq. Seçki məntəqəsi dekabrın 21-də açılacaq.

Məntəqə səhər saat 06.00-dan axşam saat 20.00-dək fəaliyyət göstərəcək. Seçkidə iştirak etmək üçün vətəndaşlar özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər.

Qeyd edək ki, Özbəkistanda parlament seçkilərində 4 partiya iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR