Siyavuş Novruzov: “Özəl müəssisələrdən sosial sığorta haqlarının yığımında problemlər var”

Siyavuş Novruzov: “Özəl müəssisələrdən sosial sığorta haqlarının yığımında problemlər var”
# 20 noyabr 2014 14:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Özəl müəssisələrdən sosial sığorta haqlarının yığımında problemlər var”.

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib.

“Özəl müəssisələrdə işçilərin sayı gizlədilir, onlarla əmək müqaviləsi bağlanılmır. Bu isə həm vergilər, həm də sosial sığorta haqlarının yığımına problemlər yaradır. İşçilərlə əmək müqaviləsinin bağlanılmaması pensiya və sosial müavinətlərin ödənilməsinə problemlər yaradır”, - deyə millət vəkili qeyd edib.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev isə bildirib ki, bu problem həm iş yerlərinin, həm də əmək haqlarının leqallaşdırılmaması ilə bağlıdır. Onun sözlərinə görə, hazırda işəgötürən və işçinin sosial sığorta haqqı ödəməsinə marağı artırmaq üçün müvafiq tədbirlər nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR