“Azəristiliktəchizat” bir sıra sosial obyektlərin vaxtından əvvəl istiliklə təchiz olunması ilə bağlı qərar qəbul edib

“Azəristiliktəchizat” bir sıra sosial obyektlərin vaxtından əvvəl istiliklə təchiz olunması ilə bağlı qərar qəbul edib
# 03 noyabr 2014 12:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azəristiliktəchizat” ASC artıq ölkənin dağlıq ərazilərini istiliklə təchizatına başlayıb.

Bu barədə “APA-Economics”ə “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu gündən etibarən isə bir sıra sosial obyektlərin vaxtından əvvəl istiliklə təchiz olunması ilə bağlı qərar qəbul edilib.

O bildirib ki, artıq bu gündən bəzi xəstəxanaların, uşaq bağçalarının, internat evlərinin, orta məktəblərin istiliklə təchiz olunmasına start verilib: “Bütün bu sosial obyektlərin əhəmiyyətindən asılı olaraq mərhələli şəkildə həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR