Bakı-İstanbul aviareysində gecikmə yaranıb

Bakı-İstanbul aviareysində gecikmə yaranıb
# 08 oktyabr 2014 08:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakı-İstanbul (Sabiha Gökçen hava limanına) istiqamətinə yerinə yetirilən aviareysdə ləngimə baş verib.

APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, gecikməyə səbəb təyyarədə yaranan texniki nasazlıq olub.

“Qeyd edilən istiqamət üzrə saat 07:50-də uçmalı olan təyyarə saat 10:10 havaya qalxıb. Buna səbəb təyyarədə yaranan texniki nasazlıqdır. Lakin narahatlığa heç bir əsas yoxdur”, - deyə M. Səfərli qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR